Ermənistan Müdafiə Nazirliyi Monte Melkonyan haqqında filmin maliyyələşdirilməsindən imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Hraparak nəşri məlumat yayıb.
Nəşrin yazdığına əsasən, hərbi cinayətkar kimi təqdim edilən Melkonyan haqqında filmin çəkilişlərinə bir neçə gün qalmış Müdafiə Nazirliyi gözlənilmədən layihəyə dəstək verməkdən imtina edib və bildirib ki, filmdə hərbi səhnələrin çəkilməsi yolverilməzdir.
Bununla belə, film yaradıcıları tamamilə maliyyəsiz qalmayıblar. Çəkiliş qrupunun üzvlərindən biri Hraparak nəşrinə bildirib ki, filmin çəkilişləri Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Yerevan meriyası tərəfindən maliyyələşdirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
