Ermənistanda koronavirusa yoluxma halları getdikcə daha da artır.
KONKRET.az xəbər verir ki, son sutkada Ermənistanda rekord həddə – 1694 yoluxma qeydə alınıb.
Beləliklə də ölkədə ümumi yoluxanların təsdiqlənmiş sayı 63 mini keçib. Virusdan ölənlərin sayı 1067 nəfərdir. 48 min nəfər virusdan sağalıb.
Hazırda 15 mindən artıq xəstə xəstəxanalarda müalicə olunur.
