Ermənistanda “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan polis tərəfindən saxlanılıb.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, vəkil Ruben Melikyan məlumat verib.
Narek Samsonyanın “Telegram” səhifəsində onun saxlanılması anını əks etdirən video yayımlanıb: “Maskalı polislər və mülki geyimli şəxslər Narek Samsonyana vəhşicəsinə hücum etdilər və onu apardılar. Hazırda onun hara aparıldığı məlum deyil”.
Xatirə SADİQ,
KONKRET.az
