Ermənistanda yeni ombudsman seçilib.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Kristina Qriqoryan Parlamentdə gizli səsvermə yolu ilə Ermənistanın hüquq müdafiəçisi seçilib.
Onun namizədliyinin lehinə 68 səs verilib, əleyhinə səs verən olmayıb.
Yanvarın 20-də baş nazir Nikol Paşinyanın qərarı ilə Kristina Qriqoryan ədliyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Hüquq müdafiəçisi vəzifəsini icra edən Arman Tatoyanın səlahiyyətləri fevralın 23-də başa çatır.
Xuraman Etibarlı,
KONKRET.az
