Ermənistanın Vayots Dzor bölgəsinin Cermuk şəhəri yaxınlığında 3 bal gücündə zəlzələ baş verib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar saat 22:35-də Cermuk şəhərindən 28 km şimal-qərbdə qeydə alınıb
Zəlzələnin ocağı 10 km dərinlikdə, maqnitudası isə 2,4 olub.
Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.