Ermənistandakı bu cür müzakirələr bizim xeyrimizədir – Zülfüqarovbackend

Ermənistandakı bu cür müzakirələr bizim xeyrimizədir – Zülfüqarov

Ermənistanın müxalifət lideri Vazgen Manukyan RBK-ya müsahibəsində baş nazir Nikol Paşinyanı “ağ yuyub, qara sərib”. Müharibənin ağır nəticələrinə görə hökumət başçısını “topa tutub”. Manukyan deyib ki, hazırda Ermənistanda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır. Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir.

Keçmiş baş nazir Vazgen Manukyana görə, əgər Paşinyan rayonları döyüşsüz qaytaracaqdısa, niyə bunu əvvəldən etmirdi, ortada bu qədər itkilər oldu.

KONKRET.az xəbər verir ki, Manukyanın müsahibəsi fonunda Ermənistanda baş verənləri şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında deyib ki, artıq bu ölkədə diskussiyalar başlayıb:

“Həm iqtidarda, həm də müxalifətdə olan siyasətçilər müzakirə aparırlar ki, biz nəyə görə bu vəziyyətdəyik. İndi özləri deyirlər ki, səbəb vaxtilə işğalçı siyasəti seçməyimizdir. Bu qədər vaxtı işğalçılıq siyasətinə görə itirdiklərini anlayırlar. Onlar inkişafı yox, deqradasiyanı seçdilər. Bu cür diskussiyalar Ermənistanda hələ çox olacaq. Hesab edirəm ki, bu cür müzakirələrin aparılması bizim xeyrimizədir. Bəlkə də bu müzakirələrin nəticəsində onlar öz işğalçı siyasətlərindən əl çəkərlər. Təkcə Azərbaycan və Türkiyə ilə yox, digər ölkələrlə də normal qonşuluq siyasəti həyata keçirərlər. Hər halda bu cür müsbət meyillərin olacağına ümid etmək lazımdır. Bu, həm bizim, həm də özlərinin xeyrinə olar”.

Politoloq hesab edir ki, hansısa populist yox, reallıqlara əsaslanan siyasətçi Ermənistanda revanşist ola bilməz:

“Onlar rəsmən öz köhnə siyasətlərindən əl çəkməyiblər. Ermənilərin düşmənləri 80 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycandır. Ermənistanın əhalisi isə bir milyon yarımdan çox deyil. Bu baxımdan hər hansı revanşizmdən, müharibədən danışmaq gülməli gəlir. Biz müharibə vaxtı da onları bu iddialarından əl çəkmək üçün başa saldıq. Başa düşmədilər. Əsl reallıqları onlara Vətən müharibəsi vaxtı başa saldıq. Azərbaycan və Türkiyə birliyi güclüdür. Bu iki qüvvəyə qarşı çıxmaq ermənilər üçün mümkünsüzdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*