Ermənistandan İranı qıcıqlandıracaq şok addım – İsraildə səfirlik açırbackend

Ermənistandan İranı qıcıqlandıracaq şok addım – İsraildə səfirlik açır

Ermənistan İsraildə səfirliyinin açılması haqqında hökümətin qərar layihəsini müzakirə edəcək. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, bu gün keçiriləcək hökumətin iclasının gündəliyinə daxil edilib.

Ermənistan tərəfi hesab edir ki, İsrail ikitərəfli münasibətlərinin davamlı inkişafını təmin etmək üçün ən qısa müddətdə (2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində) Təl-Əvivdə səfirliyini açmaq olduqca vacibdir.

Xatırladaq ki, Ermənistanla İsrail arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulsa da, hələ bu günə qədər təcavüzkar ölkənin bu dövlətdə səfirliyi açılmayıb.

Bu xəbər Ermənistana ən yaxın qonşu dövlət kimi İranı qıcıqlandırması şübhəsizdir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*