“Ermənistanın mövcudluğu üçün təhlükə var” – Qazinyanbackend

"Ermənistanın mövcudluğu üçün təhlükə var" - Qazinyan

Armen Sərkisyanın prezidentlikdən getməsinin geosiyasi anlamı var.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan deyib.

Onun sözlərinə görə, istefanın niyə indi və bazar günü axşam elan edildiyi aydın deyil:

“Bir neçə gün əvvəl Sərkisyan 200 MVt gücündə günəş stansiyası üçün BƏƏ-dən maliyyə alıb və bildirilib ki, bu, hələ başlanğıcdır. Hadisələr çox sürətlə inkişaf edir və istefanın aşkar geosiyasi çalarları var”.

Deputatın fikrincə, yalnız bir məqamla mübahisə etmək olmaz – Ermənistanda siyasi dəyişikliklər baş verib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər. “Ayıq və tədbirli olmaq lazımdır. Burda Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi var”, – o bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*