“Ermənistanın xarici siyasətinin vektoru kökündən dəyişir” – Matevosyanbackend

"Ermənistanın xarici siyasətinin vektoru kökündən dəyişir" - Matevosyan

“Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları ölkənin xarici siyasi vektorunun dəyişməsindən xəbər verir”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni politoloq Beniamin Matevosyan danışıb.

Ekspertin sözlərinə görə, həm “Politico” və “Repubblica”ya müsahibələrində, həm də parlamentdəki çıxışında Paşinyan Ermənistan hakimiyyətinin təkcə Qarabağ probleminin həllində Rusiyanın iştirakı ilə bağlı deyil, həm də Cənubi Qafqazda mövcudluğu ilə bağlı real mövqeyini göstərib.

“Nikol Paşinyanın müsahibəsi və son bəyanatları Ermənistanın xarici siyasi vektorunun dəyişdiyini bəyan edən mesajlardır.

“Əvvəllər Ermənistanda təbliğat, hökumət mediası və hökumətyönlü ekspertlərin təbliğatı ilə məhdudlaşan hər şey son bir neçə gündə Paşinyan tərəfindən səsləndirilib”, – Matevosyan “RİA Novosti”yə bildirib .

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*