“Əskim tüstülüdür” – Şuşanın icra başçısından həbsdə olan həmkarları ilə bağlı suala CAVABbackend

"Əskim tüstülüdür" - Şuşanın icra başçısından həbsdə olan həmkarları ilə bağlı suala CAVAB

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov son günlər korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən mübarizə ilə bağlı danışmaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, Bayram Səfərov demokrat.az-ın sualına cavabında icra başçılarının həbsindən danışmaq istəmədiyini bildirib.

O, fikirlərini belə əsaslandırıb: “İcra başçılarının həbsi ilə bağlı mənə sual verməyin, mən o səlahiyyətdə deyiləm.

Siz bu barədə deputatlara sual verin. Xahiş edirəm ki, məni danışdırmayın, mənim əskim tüstülüdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*