“Evdən çıxmayın” – Türkiyədə vətəndaşlara XƏBƏRDARLIQbackend

Evdən çıxmayın” - Türkiyədə vətəndaşlara XƏBƏRDARLIQ

Türkiyənin demək olar ki, bütün ərazisində güclü qar həyatı iflic edib.

KONKRET.az Sondakika.com-a istinadən xəbər verir ki, Hidrometeorologiya İdarəsi qarın gələn həftə də yağacağı barədə məlumat yayıb.

Bingöl, Bolu, Mardin, Sakarya, Artvin və Düzcedə qar səbəbindən 1 130 kəndlə əlaqə kəsilib.

Sinopda valiliyin vətəndaşlara xəbərdarlığı diqqət çəkib. Güclü qar səbəbilə vilayət, rayon və kəndlərdə vətəndaşlardan evdən çıxmamaları istənilib.

“Xahiş edirik, diqqətli olun. Şəhərimizə, vilayət, rayon və kəndlərimizə təsir edən güclü qar yağması səbəbi ilə təhlükəsizliklə bağlı fövqəladə hallar istisna olmaqla, vətəndaşlarımızdan zərurət olmadıqca küçəyə çıxmamalarını şiddətlə xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*