Azərbaycanda prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim “Yeni Azərbaycan” partiyası yeni parlamentdə ən çox deputat mandatını qazana bilər.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Amerika şirkətinin “Arthur J. Finkelstein & Associates” hazırladığı “exit-poll”un nəticələrinə istinadən yayıb.
Proqnoza görə, “Yeni Azərbaycan” partiyasından namizədlər 69 seçki dairəsində səs çoxluğu qazanır.
Müstəqil namizədlər 41 mandat qazanırlar.
İlham Əliyev parlamentin buraxılmasından sonra ötən ilin sonunda Azərbaycanda erkən parlament seçkilərini çağırıb.
Babək Göyüş
KONKRET.az
