Eynulla Fətullayev: “Əli Həsənov, bu dünyada da, o dünyada da səni yalnız iztirablar gözləyir”backend

Eynulla Fətullayev: “Əli Həsənov, bu dünyada da, o dünyada da səni yalnız iztirablar gözləyir”

Jurnalist Eynulla Fətullayev Azərbaycan Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu sərt tənqid edib.

KONKRET.az-ın xəbərinə görə, E.Fətullayev deyib ki, Ə.Həsənovun da çörəyi yalan makinasından çıxırdı.

“Ay Əli Həsənov, axı sənin də çörəyin yalan makinadan çıxırdı! Sənin kimi namərdlər bu ölkəyə, ictimai-siyasi həyata yalan, ikiüzlülük gətirdi… Dörd ilə yaxın cidd-cəhdlə heç bir səbəb olmadan saytlarımı bağlatdırmaq istəyirdin, mənə qara yaxırdın, bütün aparatını mənə qarşı səfərbər etmişdin. Görürsənmi? Həyat çox fani və qısadır. İndi isə sən cavab verməlisən. Bütün cinayətlərə görə!!! Həm də sən yalnız fərdlərə qarşı deyil, bütün Azərbaycana qarşı cinayət törətmisən!!! Döz, bu ağrılara dözməlisən! Bundan sonra, bu dünyada da, o dünyada da səni yalnız iztirablar gözləyir…” – E.Fətullayev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*