Xəbər verdiyimiz kimi, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib.
KONKRET.az xəbər verir ki, o, hadisə yerində vəfat edib.
Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.
Faktla bağlı araşdırma aparılır.
Pravda.az Musavat.com-a istinadən mərhum hərbçimizin fotosunu təqdim edir: