Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”backend

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində maddi-mədəniyyət abidələri də məhv olmaq üzrədir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin əsasıdır.

Bəs Milli Məclisin Mədəniyyət komitəsi bununla bağlı hər hansı qanun layihəsi hazırlamağı düşünürmü?

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa KONKRET.az-a bildirib ki, işğal olunmuş hər bir rayonun mədəniyyət şöbələri var və həmin məlumatlar onlarda toplanıb:

“Hesab edirəm ki, onları sistemləşdirib təqdim etmək olar. Bunları fakt olaraq ortaya qoymaq o qədər də çətin məsələ deyil. Təbii ki, belə məsələdə Mədəniyyət komitəsi köməkliyini göstərə bilər”.

Fazil Mustafa bildirib ki, parlamentdə işğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunmalıdır:

“Təkcə tarixi abidələrimiz deyil, qaçqın düşmüş insanlar, o bölgədə olan digər infrastrukturla bağlı məsələlər sənəddə öz əksini tapa bilər. Bunların hamısı əhatə olunmalıdır. Eyni zamanda, bununla bağlı ATƏT-in Faktaraşdırıcı missiyasının sənədləri var. Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil. Çünki miqyası xeyli genişdir”.

Sədr müavini onu da əlavə edib ki, komitədə xüsusi qanunun hazırlanması gözlənilmir:

“Açığı bunu tənzimləmək də real görünmür”. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*