Fətəli Abdullayevə yeni vəzifə verilib.
KONKRET.az xəbər verir ki, Fətəli Abdullayev Seysmoloji Xidmət Mərkəzində Baş direktorun İnnovativ layihələr üzrə müavini təyin edilib.
Fətəli Abdullayev 1966-cı il martın 6-da Qubadlı rayonunda anadan olub. 1972-1983-cü illərdə Qubadlı rayonu Dondarlı kənd orta məktəbində təhsil alıb, 1986-1990-cı illərdə isə Rusiya Federasiyasının Voronej şəhərində İnşaat Mühəndisləri İnstitutunu bitirib.
F.Abdullayev 1992-1996-cı illərdə Azərbaycan Respublikası “Şelflayihətikinti” İB-nin 4 saylı TQİ-də master, sahə rəisi, rəis müavini vəzifələrində, 1996-1998-ci illərdə 12 saylı trestin müdiri vəzifəsində çalışıb.
2011-2013-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Münasibətlər” kafedrasında müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə dosent elmi adını alıb. F.Abdullayev bir çox elmi məqalə və kitabların müəllifidir.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Fətəli Abdullayev 2013-cü ildən 2020-ci ilədək AMEA-nın İşlər İdarəsinin rəisi vəzifəsində çalışıb.

Fətəli müəllim savadlı, hərtərəfli şəxsiyyət olmaqla bərabər, həm də geniş ürəkli və səmimi bir ziyalıdır. Ona yeni işində uğurlar diləyirik!
Fətəli müəllim həm də I Qarabağ müharibəsi qazisidir. Allah cansağlığı versin.