Fəzail Ağamalı və Kamil Musəvinin təmsil olunduğu seçki dairəsindən SON XƏBƏRbackend

Fəzail AğamalıKamil Musəvinin təmsil olunduğu seçki dairəsindən SON XƏBƏR

Salyanda fevralın 8-dən 11-dək asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bu məqsədlə nazirliyin Çevik Polis Alayı rayona yerləşdirilib.

Maraqlıdır, rayonda hazırda vəziyyət necədir? Seçki prosesində hər hansı qarşıdurma və ya insident yaşanırmı?

KONKRET.az xəbər verir ki, rayondakı vəziyyət barədə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov məlumat verib. O deyib ki, rayonda sakitlikdir: “Rayon daxilində heç bir qarşıdurma, yaxud insident yaşanmır. Seçki prosesi də tam qaydası ilə davam edir. Hər iki dairədə aktivlik müşahidə olunur. İnsanların səsverməyə marağı yüksəkdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl rayonda deputatlığa namizədlər Fəzail Ağamalı ilə Kamil Musavi arasında qarşıdurma baş vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*