FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrupu Türkiyəyə çatdı – VİDEO – YENİLƏNİBbackend

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrupu Türkiyəyə çatdı - VİDEO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına çatıb.

20:14

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb.

KONKRET.az xəbər verir ki, 200 nəfərdən ibarət yanğın-xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Uçuşdan əvvəl qrupun üzvlərinə müvafiq təlimatlar verilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Alay komandiri polkovnik-leytenant Məmməd Xəlili jurnalistlərə bildirib ki, dördüncü qrupun şəxsi heyəti 200 nəfərdən ibarətdir. Şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub.

Qrupun üzvləri sabah təyin olunan yerlərdə yanğınsöndürmə əməliyyatlarına başlayacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*