Fitch aprelin 15-dək Rusiyanın emitent reytinqlərini GERİ GÖTÜRƏCƏKbackend

Fitch aprelin 15-dək Rusiyanın emitent reytinqlərini GERİ GÖTÜRƏCƏK

Fitch aprelin 15-dək Rusiyanın emitent reytinqlərini geri götürəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq reytinq agentliyi Fitch açıqlama yayıb. Beynəlxalq reytinq agentliyi Fitch S&P-dən sonra Rusiya Federasiyasına Ukraynada xüsusi əməliyyat keçirtdiyinə görə tətbiq edilən sanksiyalara görə bütün Rusiya təşkilatlarının və onların bölmələrinin reytinqlərini geri götürəcək.

Martın 7-də Fitch Qrupu Rusiyadakı kommersiya fəaliyyətini dayandırdığını elan edib.

Bundan əvvəl Fitch Tatarıstan da daxil olmaqla Rusiyanın 20 regional hakimiyyətinin uzunmüddətli reytinqini “C”-yə endirib.

Moskva və Moskva vilayəti, Sankt-Peterburq, Krasnoyarsk və Stavropol diyarları, Yamalo-Nenets Muxtar Dairəsi, Altay diyarı, Novosibirsk, Mari El, Başqırdıstan Respublikası, Saxa (Yakutiya), həmçinin Sverdlovsk, Kirov, Nijni Novqorod, Orenburq, Yaroslavl, Çelyabinsk və Lipetsk bölgələri üçün xarici və milli valyutada uzunmüddətli emitent defoltu reytinqlərinə (IDRs) yenidən baxılıb.

Məlumat üçün deyək ki, emitent – qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən qurumdur (müvafiq dövlət orqanı, bələdiyyə və ya özəl şirkət).

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*