Formula-1 pilotu Bakı Qran Prisini buraxa bilərbackend

Formula-1 pilotu Bakı Qran Prisini buraxa bilər

Formula-1 üzrə dünya çempionatında çıxış edən “Alpin” komandasının pilotu Pyer Qasli Azərbaycan Qran Prisini buraxa bilər.

KONKRET.az xəbər verir ki, buna 27 yaşlı fransalı sürücünün Avstraliyadakı yarışda qəza törətməsi səbəb olub.

Qasli komanda yoldaşı Esteban Okonla toqquşub, nəticədə hər iki pilotun bolidi trasdan çıxaraq baryerə çırpılıb. Onlar yarışa davam edə bilməyiblər.

Pyer Qasli qəzada təqsirli bilinsə, iki cərimə xalı alacaq və Bakıdakı Qran Prini buraxacaq. Hazırda onun 10 cərimə xalı var.

“Alpin”in ehtiyat sürücüsü Formula-2-də mübarizə aparan Cek Duendir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*