“Fransa ordusunu Zəngəzura yerləşdirin” – Ermənilər Makrondan XAHİŞ ETDİbackend

"Fransa ordusunu Zəngəzura yerləşdirin" - Ermənilər Makrondan XAHİŞ ETDİ

Ermənistanda bir neçə siyasi qüvvəni sıralarında birləşdirən “Milli-Demokratik Qütb” hərəkatı Fransa prezidentinə məktub ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda Emmanuel Makrondan Fransa ordusunu Ermənistanın cənub sərhədlərinə – Zəngəzura yerləşdirməsi xahiş olunur.

Hərəkat fəalları Fransa Senatının Qarabağdakı qondarma rejimi tanımaqla bağlı səsvermə keçirməsini, Fransanın daim Minsk qrupu çərçivəsində həmsədr kimi Ermənistana dəstək verməsi və s. fonunda bu addımı məqsədəuğyun hesab ediblər.

Xatırladaq ki, “Milli Demokratik Qütb” hərəkatı sıralarında radikal “Sasna Tsrer” partiyası, Ermənistan Avropa Partiyası və sıra siyasi, ictimai xadimləri birləşdirir./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*