Fransa prezidentliyinə namizəd Erik Zemmurun Moissak şəhərinə səfəri zamanı başına yumurta dəyib.
KONKRET.az xəbər verir ki, Zemmur Agen şəhərində seçicilərlə planlaşdırılan görüşdən əvvəl Moissaka gəlib. O, maşından düşən zaman naməlum şəxs onun başına yumurta atıb.
Mühafizəçi dərhal hücum edən şəxsi saxlayıb.
Telekanalın məlumatına görə, Zemmura yumurta atan şəxsin uşağı əlildir. Güman edilir ki, yumurta tan şəxs Zemmurun Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı xoş olmayan açıqlamalarından qəzəblənib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.
