Fransada bir xizək kurortunda 5 nəfər koronavirusa yoluxubbackend

Fransada bir xizək kurortunda 5 nəfər koronavirusa yoluxub

Fransadakı dağ-xizək kurortunda beş britaniyalı yeni tipli koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı “Daily Mail” nəşri Fransanın Səhiyyə Nazirliyinə istinadən yayıb.

Koronavirus xəstəliyinə yoluxmuş Britaniyanın Brayton şəhərinin sakini Sinqapurdan Le Contamines-Montjoie dağlıq kəndinə gəlib və burada dörd gün qalıb. Xəstəliyin simptomları turistin vətəninə qayıtdıqdan sonra özünü göstərib və o, xəstəxanaya yerləşdirilib.

Mənbələrə görə, koronavirus kurorta gələn doqquz yaşlı uşaq da daxil olmaqla beş nəfərdə aşkar edilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, onların hamısı xəstəxanaya yerləşdirilib və təcrid olunub.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda koronavirus xəstəliyini aşkar edib. Xəstəlik “2019-nCoV”un yeni bir növüdür.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*