Fransada İslam dininə daha bir hörmətsizlik: Məscidə donuz başı atdılar – FOTObackend

Fransada İslam dininə daha bir hörmətsizlik: Məscidə donuz başı atdılar - FOTO

Fransada İslam dininə qarşı daha bir hörmətsizlik edilib.

KONKRET.az xəbər verir ki, Kompene şəhərində Dəyanət İşləri Türk İslam Birliyinin tabeliyində olan Ulu Məscidə ( Ulu Cami)  2 ədəd donuz başı atılıb.

Ulu Məscidin sosial şəbəkədəki səhifəsində bildirilib ki, təmir-bərpa işləri gedən məsciddə noyabrın 2-də səhər saatlarında donuz başı tapılıb. Məscidin xidmətçiləri hadisəni qınadıqlarını bildirərək, polisə şikayət ediblər.

Fransa İslam Şurası da bu çirkin hücumu pisləyərək, Ulu Məscidin xidmətçiləri ilə həmrəy olduqlarını bildiriblər.

Məlumata görə, bu, son günlər hücuma məruz qalan 3-cü məsciddir.

Qeyd edək ki, müsəlmanlara donuz ətini yemək haramdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*