Fransanın 86 regionda sudan istifadəyə məhdudiyyət qoyuldubackend

Fransanın 86 regionda sudan istifadəyə məhdudiyyət qoyuldu

Fransada son həftələrin həddindən artıq isti keçməsi, ilin əvvəlindən yağıntıların olmaması və quraqlığın artması səbəbindən ölkə üzrə 86 rayonda magistral su təchizatında məhdudiyyətlər qoyulub.

KONKRET.az “Franceinfo”ya istinadən xəbər verir ki, Ekoloji Keçid Nazirliyinin “Propluvia” saytında dərc olunan xəritədə 95 bölgədən 86-nın quraqlıqdan əziyyət çəkdiyi qeyd olunub.

Boz, sarı, narıncı və qırmızı həyəcan səviyyələrinə görə rənglənən xəritədə ölkənin böyük hissəsi sarı və narıncı həyəcan səviyyələrindədir.

Sarı həyəcan səviyyəsi olan rayonlarda kənd təsərrüfatı sularının paylanmasında 50 faizdən az azalma, müəyyən saatlarda bağların, yaşıllıqların suvarılması və avtomobillərin yuyulması qadağandır.

Narıncı həyəcan səviyyəsində olan rayonlarda isə kənd təsərrüfatında suyun paylanmasında 50 faizdən çox azalma, yaşıllıqların suvarılması və avtomobil yuma məntəqələrinə ciddi məhdudiyyət tətbiq olur.

Ölkə üzrə qırmızı həyəcan vəziyyətində olan 15 bölgədə kənd təsərrüfatı daxil olmaqla həyati əhəmiyyət kəsb etməyən su paylamaları tamamilə dayandırılıb.

Xəritəyə əsasən, quraqlıqdan ən çox ölkənin mərkəzi hissəsində yerləşən Sentr-Val-de-Luara və Pay-de-la-Luara bölgələri zərər çəkir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*