Fransa Apellyasiya Məhkəməsi sement istehsalçısı “Lafarge”nin 2014-cü ilə qədər Suriyada “insanlığa qarşı cinayətləri dəstəklədiyi” ittihamını yenidən araşdırır.
KONKRET.az TRT-yə istinadən xəbər verir ki, “Lafarge” sement şirkəti terror təşkilatları ilə çirkli əlaqələrinə görə növbəti dəfə məhkəmə qarşısına çıxarılıb.
Paris Apellyasiya Məhkəməsi şirkətin 2014-cü ilə qədər Suriyada insanlığa qarşı cinayətlərə şərik olması ilə bağlı iddiaları yenidən araşdırır. 2017-ci ildə başladılan istintaqda şirkətin Suriyada tikdiyi fabrik vasitəsilə terror təşkilatlarına təxminən 13 milyon avro ödədiyi müəyyən edilib.
Şirkətin Suriyadakı fəaliyyətini davam etdirmək üçün terror təşkilatlarına ödəniş etdiyi və bu yolla insanlığa qarşı cinayətlərdə ortaq olduğu qərara alınıb. Qərar 2019-cu ildə Paris Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin bu qərarını ləğv edərək, iddiaların yenidən araşdırılmasına qərar verib.
Qeyd edək ki, Türkiyənin TRT World kanalında yayımlanan “Fabrika” sənədli filmdə “Lafarge”nin Avropa Birliyinin vəsaitlərini İŞİD və PKK terror təşkilatlarına necə köçürdüyü açıqlanıb.
İqbal Rzayev,
KONKRET.az
