FTX Ukraynada keçirilən xüsusi əməliyyatın uğursuzluğuna görə məsuliyyət daşıyanları tapıb.
KONKRET.az Ukrayna KİV-nə xəbər verir ki, FTX-nin beşinci xidmətinin (Ukraynanın məsuliyyət dairəsi ilə FTX-nin xarici kəşfiyyat funksiyalarını yerinə yetirən operativ informasiya və beynəlxalq əlaqələr xidməti) rəisi Sergey Orestoviç Beseda və onun müavini Bolyux həbs olunub və hazılrda ev dustaqlığındadır.
Həbsin səbəbləri arasında Ukraynada təxribat və məxfi işlərə ayrılan vəsaitlərin mənimsənilməsi, həmçinin Ukraynadakı siyasi vəziyyətlə bağlı bilərəkdən yalan məlumatlar var. Beş milyard dollar vəsaitin mənimsənilməsi faktına görə, həbslər davam edir.
Xüsusi xidmətin tarixçisi Andrey Soldatov hesab edir ki, bu, öz xalqına qarşı repressiyaların yeni dövrünün başlanğıcıdır.
Rusiya “günah keçisi”ni axtarır.
Xuraman Etibarlı,
KONKRET.az
