Füzulidə 4 erməni hərbçinin cəsədi TAPILDIbackend

Füzulidə 4 erməni hərbçinin cəsədi TAPILDI

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonunda aşkar edilib.

Onların şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində – 13 noyabrdan bəri 1615 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*