Gədəbəy və Daşkəsənə 70 sm hündürlüyündə qar yağdıbackend

Gədəbəy və Daşkəsənə 70 sm hündürlüyündə qar yağdı

Martın 12-si gecə saatlarından Daşkəsənə güclü qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir. Ucqar kəndlərə təxminən 70 sm, rayon mərkəzinə isə 50 sm qar düşüb.

KONKRET.az xəbər verir ki, yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 40-50 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Qaraqullar, Gurbulaq, Astaf, Alaxançallı, Zivlan kimi dağ kəndlərində 60-70 santimetrə çatıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*