backend

"Gələn il yeni ili hökmən Bakıda keçirəcəm" - Mariya Veber

”Sonuncu dəfə Bakıda 2019-cu ildə “JARA” beynəlxalq festivalında olmuşam. Onda yay idi. Bilirəm ki, Azərbaycanda Yeni ili qarşılamağa gedən turistlərin əksəriyyəti dağ xizək mərkəzlərinə üz tuturlar. Amma mən Bakıya üstünlük verərdim.

Birincisi, şəhərin özü, rəngi və gözəlliyi xoş və şən bir əyləncə üçün əlverişlidir!

İkincisi, dostum orada yaşayır. Nadir hallarda gördüyüm dostumla Yeni ildə görüşmək çox gözəl olardı. İki ailəmizi şənlik masasında, ənənəvi milli yeməklər və əlbəttə ki, qırmızı şərabla. Heyf, bu dəfə qismət olmadı.

KONKRET.az xəbər verir ki, bu fikirləri rusiyalı müğənni Mariya Veber rus mətbuatına yeni illə bağlı arzularını ifadə edərkən deyib.

Müğənni əlavə edib ki: “Yeni il yeməyindən sonra gecə atəşfəşanlıq izləmək üçün şəhərdə gəzməyə gedərdik və xoş xatirələr yazmaq üçün mərkəzi Milad ağacında bir-iki şəkil çəkdirərdik. Yeri gəlmişkən, yaxşı bir plan çıxdı! Gələn il bunun Bakıda həyata keçirilməsinə ehtiyac olacaq” (gülür).

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*