KONKRET.az Rusiya Dövlət Statistika Federal Xidmətinin son hesabatına əsasən bildirir ki, ölkədə xanımların ailə qurması xeyli “ləngiyir” – əgər cəmi 8 il əvvəl qızlar 18-24 yaş arasında ailə qururdularsa, indi nikah masası arxasına 25-34 yaş arasında əyləşirlər.
Qurumun hesabatında qeyd olunur ki, kişilər ailə qurmaq barədə son 10 il ərzində fikirlərini dəyişməyiblər – 25-34 yaş həddinə çatan rusiyalı kişilər münasibətlərini rəsmiləşdirirlər.
Xidmətin əməkdaşı Yelena Yeqorova bildirib ki, təhsil almaq, karyera qurmaq, işsizlik və evsizlik gənclərin ailə qurmasına mane olan əsas səbəblərdəndir…
