Gəncə şəhərində 17 yaşlı yeniyetmə oğlanı avtomobil vurub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranlarının birinin qarşısında qeydə alınıb.
Belə ki hərəkətdə olan “Toyota” markalı minik maşını yol keçmək istəyən 2006-cı il təvəllüdlü Elvinur Namazovu vurub. Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.//Unikal
