Gəncədə qadını minik maşını vurub.
KONKRET.az–ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, “Renault Megane” markalı minik maşını yolu keçmək istəyən 1953-ci il təvəllüdlü Ruqiyyə Babayevanı vurub.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.