Gəncədə minik maşını yanıb.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
“VAZ 2107 “markalı minik maşınında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, avtomobillin qalan hissəsi yanğından mühafizə edilib.
Baş vermiş yanğın hadisəsinin səbəbləri araşdırılır.
