Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
KONKRET.az xəbər verir ki, ümumi sahəsi 163 kv/m olan evin 68 kv/m-ri yanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib.
***
22:19
Gəncədə yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, sözügedən qəsəbədə yerləşən fərdi yaşayış evində anidən yanğın olub.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
