Geomaqnit qasırğası gözlənilirbackend

Geomaqnit qasırğası gözlənilir

Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub. Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından KONKRET.az-a verilən məlumata görə, 16 noyabrda baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1(mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır.

“Noyabrın 22-dən etibarən geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/s intervalındadır. Dekabrın 5-də G1(mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023- cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*