“Google“ 12 min işçisini ixtisar edəcəkbackend

“Google“ 12 min işçisini ixtisar edəcək

“Google”nin ana şirkəti olan Alphabet Inc. təxminən 12,000 işçini ixtisar edəcək. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sundar Pichai bildirib.

Qeyd olunub ki, bu, sözügedən şirkətin qlobal işçi qüvvəsinin altı faizindən çoxunu təşkil edir.

Oktyabr ayında şirkət analitiklərin gözləntilərindən aşağı olan maliyyə nəticələrini açıqlayıb. Mənfəət əvvəlki illə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar olub. Son aylarda “Google” xərcləri azaltmaq üçün bir sıra addımlar atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*