Goranboyda banan ağacı bar gətirdi – VİDEObackend

Goranboyda banan ağacı bar gətirdi – VİDEO

Goranboy sakininin öz həyətində illərdir yetişdirdiyi Afrika bananı artıq bar verib.

KONKRET.az-ın məlumatına görə, rayonun Dəlimmədli şəhər sakini Məhəmməd İbrahimov həvəskarı olduğu xarici meyvəni 3 il öncə dostundan aldığı tingdən bitirib.

3 metrdən artıq boyu olan banan ağacı bu il bar gətirib. Qəsəbə sakini ağacın üzərində xeyli meyvələr olsa da yalnız birinin yetişmək ərəfəsində olduğunu deyir.

O banının vətəninin isti ölkələri olmasına baxmayaraq onun o, qədərdə yüksək tempuratura dözümlü olmadığını deyir. Bitki normal qulluq edilərsə, ildə 2 dəfə bar verə bilir.

Məhəmməd İbrahimov onun yerli şəraitə uyunğalaşa bilən bitki olduğunu düşünür. Deyir ki, gələcəkdə banan ağacını açıq sahələrdə becərmək haqqında planlarım var.

Hazırda bar verən ağacı rayonun müxtəlif yerlərindən görməyə gələnlər var.

Bununla bağlı video materialı təqdim edirik:

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*