Goranboyda məktəbli qızı maşın vurub.
KONKRET.az-ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. Minik avtomobili 2010-cu il təvəllüdlü rayon sakini Cəmilli Xədicə Pərviz qızı yolu keçən zaman onu vuraraq müxtəlif bədən xəsarətləri yetirib. Ətrafdakıların da köməyi ilə yaralı qız xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
