Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
KONKRET.az report-a istinadən xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobil divara çırpılıb.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır.