“Gözümü ondan çəkə bilmirdim” – Nagelsmanbackend

“Gözümü ondan çəkə bilmirdim” - Nagelsman

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman Türkiyənin Almaniyaya 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra rəqib müdafiəçi Abdulkerim Bardakçı haqqında danışıb.

KONKRET.az xəbər verir ki, Nagelsman Bardakçını  dəhlizdə gözlədiyini və onu təbrik etdiyini deyib.

“Türkiyə çox şanslıdır ki, Abdulkerim Bardakcı müdafiədə var. O, dünya səviyyəli müdafiəçidir. Gözümü ondan çəkə bilmirdim. Onu dəhlizdə gözlədim və təbrik etdim. Möhtəşəm oyun nümayiş etdirdi”, – deyə Nagelsman bildirib.

Qeyd edək ki, Bardakçı həmin matçı 1 məhsuldar ötürmə, 1 penalti və uğurlu müdafiə ilə tamamlayıb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*