Güclü külək əsəcək, leysan yağacaq – XƏBƏRDARLIQbackend

Güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 7-də şimal-qərb küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 7-si axşamdan 8-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Dağlıq Şirvan, Quba-Qusar) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 07-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də, (Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;
Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay çaylarından) qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*