Güclü külək, leysan, qar – XƏBƏRDARLIQbackend

Güclü külək, leysan, qar - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

KONKRET.az xəbər verir ki, noyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

Noyabrın 8-i səhərədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*