Güllələnən müəllimin son vəziyyəti açıqlandıbackend

Güllələnən müəllimin son vəziyyəti açıqlandı

Bakıda “İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllimin son durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzdən “operativ media”nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir.

Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Liseydə təhsil alan 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı odlu silahdan atəş açaraq güllələyib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*