Hamını narahat edən cərimə barədə BNA-dan AÇIQLAMAbackend

Hamını narahat edən cərimə barədə BNA-dan AÇIQLAMA

“Qanun demir ki, küçənin bu başına bir kamera qoy yoldan keçəni, keçməyəni, hamını cərimələ”.

KONKRET.az xəbər verir ki, bunu “ATV xəbər”ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspert bildirib ki, qanuna görə, bu gün dayanma-durma qaydalarının pozulmasına görə kameralar vasitəsi ilə yox, şəxs gəlib yolda planşet vasitəsi ilə bir neçə rakursdan avtomobilin şəklini çəkib cərimə tətbiq etməlidir: “Həmin protokol avtomobilin qabaq alın şüşəsinə qoyulmalıdır və sürücüyə cərimə olunması haqqında mesaj göndərilməlidir. Bakı Nəqliyyat Agentliyi rəhbərliyi ilə bizim danışığımız olub ki, biz bəzi küçələrdə 5-10 dəqiqə vaxt vermişik. Şəxsən mənim başıma gəlib. 30 saniyəyə cərimələnmişəm”.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib ki, vaxtaşırı nəqliyyat eksperti olaraq təqdim edilən şəxslər tərəfindən bu məsələ tez-tez gündəmə gətirilir.

O həm də bildirib ki, paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılıb və agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilir və bu halda İnzibati Xətalar Məcəlləsinin tələbi ilə birbaşa uzlaşır.

Qeyd edək ki, proses avtomotik rejimdə icra edilmir və tərtib edilən qərar da elektron qərar deyil.

 

  • zaur
    Avqust 11, 2021 - 12:57

    Hörmətli BNA rəsmiləri!!! Ekspertlər yalan deyir, camaat yalan deyir.Yalnız Siz düz deyirsiniz? Bu bəlağətli rəndədən çıxarılmış,əzbərlənmiş təkrar bezdirici mövqeyinizə son qoymaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*