Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə KONKRET.az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.
O bildirib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır: “Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır. Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.