“Hazırda yeni dünya düzəninin formalaşması prosesi gedir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, hazırda dünyada baş verənlər təkcə Ukraynaya aid deyil, yeni dünya nizamı yaratmaq cəhdidir.
Lavrov əlavə edib ki, Qərb dar çərçivədə özü üçün qaydalar yazır və hər kəsdən bu qaydalara boyun əyməyi tələb edir.
Xatırladaq ki, Sergey Lavrov dah öncə ABŞ və müttəfiqlərinin hərəkətləri səbəbindən dünyada vəziyyətin pisləşdiyini açıqlamışdı.
Müşviq Tofiqoğlu,
KONKRET.az
