Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı rejiminin tör-töküntülərinin başçısı Arayik Arutyunyan həyat yoldaşı ilə birgə bir neçə gündür Moskvada səfərdədir.
KONKRET.az xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, səfər heç də könüllü xarakter daşımır:
“Arayik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də, Arayiki özünə qaytarmağa cəhd göstərirlər”.
Nəşrin məlumatına görə, separatçıların rəhbəri Rusiyaya səfərini “faydalı” etmək qərarına gəlib. Belə ki, Arayik Arutyunyan Moskvada özünə ev alır.
