Tailandda ticarət mərkəzində 20 nəfəri öldürən, 16 nəfəri girov saxlayan 34 yaşlı hərbçi xüsusi təyinatlılarla atışmadan sonra qaçıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yerli mətbuata istinadən yayıb.
Gənc olan 9 saat ticarət mərkəzinin binasında gizlənib. Xüsusi təyinatlı qüvvələr bütün mərtəbələri yoxladıqdan sonra onu çoxmərtəbəli dayanacaqda tapıblar. Nəticədə atışma başlayıb. Hərbçi qaz balonuna atış açıb və bu da yanğına səbəb olub. Bundan sonra o, binadan çıxaraq qaçıb.
Bəzi məlumatlara görə, hərbçi ilə atışmada iki xüsusi təyinatlı əsgər yaralanıb.
Atıcının hazırda olduğu yer məlum deyil.
Son məlumatlara görə, ölənlərin sayı 20 nəfərə çatıb, daha 31 nəfər yaralanıb.
Babək Göyüş
KONKRET.az
