backend

Hərbçimiz Kəlbəcərdə minaya düşdü

Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində xəsarət alıb.

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*